ABŞ dövlət katibinin köməkçisi Azərbaycana səfər edəcək

    ÖLKƏ

    21 Mart 2023 | 15:35

    ABŞ dövlət katibinin beynəlxalq təşkilatlarla iş üzrə köməkçisi Mişel Sison Azərbaycana səfər edəcək.

    Pressa xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

    Bildirilib ki, ABŞ Dövlət Departamentinin rəsmisi 22 mart - 7 aprel tarixlərində Madaqaskar, Cənubi Afrika, Mavriki, Azərbaycan, Monqolustan, Vyetnam, Tailand və Laosa səfər edəcək.

    Mişel Sison martın 29-da Azərbaycana səfər edəcək.

    "Dövlət katibinin köməkçisi səfəri zamanı mövcud və potensial çoxtərəfli əməkdaşlıq sahələrini, həmçinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq, iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi və qlobal sağlamlıq təhlükəsizliyi daxil olmaqla transmilli çağırışlarla bağlı müzakirələr aparacaq. Dövlət katibinin köməkçisi Sison həmçinin Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru vəzifəsinə ABŞ namizədi Emi Papanın dəstəklənməsini də təşviq edəcək",- deyə Dövlət Departamentinin məlumatında qeyd olunub.



    XƏBƏR LENTİ

    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024