ABŞ Dövlət Departamenti: Azərbaycan iqtisadiyyatı 2021-ci ildə 5,6% böyüyüb

    İQTİSADİYYAT

    29 Iyul 2022 | 11:04

    Azərbaycanda ümumi investisiya mühiti inkişaf etməkdə davam edir, lakin bəzi önəmli çağırışlar qalmaqdadır.

     Pressa-nın xəbərinə görə, ABŞ-ın Dövlət Departamentinin dərc etdiyi “2022 İnvestisiya Hesabatları:Azərbaycan” adlı sənəddə belə qeyd olunub.Bildirilib ki, Azərbaycan hökuməti iqtisadiyyatın şaxələndirilməsi istiqamətində islahatlarla və özəl sektora əsaslanan iqtisadi böyüməni təşviq etməklə ölkəyə xarici investisiyanın cəlb edilməsinə çalışır.

    Sənəddə Azərbaycan iqtisadiyyatının neft və qazdan asılı olduğu və bunun ölkənin ümumi gəlirlərindəki payının 88%, dövlət büdcəsinin isə yarısını təşkil etdiyi qeyd olunub.

    Bildirilib ki, Azərbaycan iqtisadiyyatı 4,3% kiçildiyi 2020-ci ildən fərqli olaraq 2021-ci ildə 5,6% böyüyüb.

    Əlavə olunub ki, iqtisadiyyatın pandemiyadan sağalması dövründə neft və qaz sektoru 1,7%, qeyri-neft sektoru isə 7,2% böyüyüb. Neft və qaz sektoru xarici investisiyada ən böyük paya sahib olduğu bir vaxtda Azərbaycan hökuməti iqtisadiyyatın şaxələndirilməsi üçün 4 qeyri-neft sektoruna hədəflənib: kənd təsərrüfatı, turizm, informasiya və kommunikasiya texnologiyaları, nəqliyyat-logistika.

    Vurğulanıb ki, biznes mühitinin inkişaf etdirilməsi məqsədilə son illərdə həyata keçirilən tədbirlər və iqtisadiyyatdakı ümumi islahatlara lazımsız biznes lisenziyası kateqoriyalarının aradan qaldırılması, populyar olan ASAN xidmətin lisenziyalaşdırma səlahiyyətlərinin artırılması, gömrük prosedurlarının sadələşdirilməsi, müəyyən biznes təftişlərinin dayandırılması və vergi sistemində reformlar daxildir.

    Sənəddə qeyd olunub ki, 2021-ci ildə COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycanda dövlət büdcəsindən 800.8 milyon manat (471 milyon dollar) ayrılaraq vaksinlərin alınmasına, səhiyyə işçilərinə bonusların ödənilməsinə və modul tipli xəstəxanaların fəaliyyət göstərməsinin dəstəklənməsinə sərf edilib.



    XƏBƏR LENTİ

    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024
    07 Aprel 2024
    06 Aprel 2024