• Bakı 22° C

    12.25 m/s

  • USD - -

    RUB - -

    EUR - -

ABŞ-da helikopter qəzası: Dörd nəfər həlak olub

DÜNYA

02 Avqust 2021 | 10:08

ABŞ-ın Kaliforniya ştatında baş verən helikopter qəzası nəticəsində dörd nəfər həlak olub.

Bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, “Robinson R66” helikopteri Sakramento şəhərinin şimalında qəzaya uğrayıb.

Qəzanın səbəbləri barədə hələlik məlumat verilməyib.

Qəzanın araşdırılması ABŞ Federal Aviasiya İdarəsi və ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası tərəfindən aparılır.



XƏBƏR LENTİ

16 Sentyabr 2021
15 Sentyabr 2021
14 Sentyabr 2021
13 Sentyabr 2021