31 müəllim sertifikasiyanın müsahibə mərhələsindən kəsilib

    TƏHSİL

    21 Sentyabr 2022 | 15:12

    Təhsilverənlərin sertifikatlaşdırılmasının test mərhələsindən uğurla keçən 8766 nəfərdən 59-u müsahibə mərhələsində iştirak etməyib.

    Pressa xəbər verir ki, test mərhələsində ümumilikdə 11 133 nəfər təhsilverən iştirak edib və onlardan 8 766 nəfər təhsilverən müəyyənləşdirilmiş keçid balını toplayıb.

    12-19 sentyabr tarixlərində keçirilən müsahibələrdə iştirak edən 8707 müəllimdən isə 8676-sı uğur qazanıb. 31 nəfər isə müsahibə mərhələsindən kəsilib.

    Qeyd edək ki, sertifikatlaşdırma prosesinə birinci mərhələdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən Regional Təhsil idarələrinə tabe olan, həmçinin Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimlərinin cəlb olunub.

     



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024