30-35 yaşlı şəxslər peşə təhsili ala bilər

    TƏHSİL

    16 Noyabr 2023 | 17:10

    Əvvəllər 18 yaşa çatanda insanlar elektron sistemlərlə tanış olurdusa, artıq məktəb yaşından onlar texnologiya ilə tanış olurlar. Biz istəyirik ki, 30-35 yaşında olan şəxslər peşə təhsil kolleclərinə yaxınlaşaraq data elmi, kiber təhlükəsizliyi öyrənmək istədiyini desinlər. Artıq bu istiqamətdə işlər görmək üçün Elm və Təhsil Nazirliyi ilə danışıqlar aparılır.

    Pressa xəbər verir ki, bunu Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktorunun vəzifələrini icra edən Fariz Cəfərov bu gün 2-ci Bakı Forumunda panel çıxışı zamanı deyib.

    O bildirib ki, artıq universitetlər də təhsil proqramını dəyişməli və yeniliklərə uyğunlaşmalıdır:

    “Sovet dövründə dörd illik təhsillə kifayətlənmək mümkün idi. Lakin indi zaman, tələblər dəyişib. Mən 3 ildə 4 magistr təhsili almışam”.

     



    XƏBƏR LENTİ

    01 Dekabr 2023
    30 Noyabr 2023
    29 Noyabr 2023
    28 Noyabr 2023
    27 Noyabr 2023
    26 Noyabr 2023
    25 Noyabr 2023
    24 Noyabr 2023