20 sentyabr –Neftçilər günü münasibətilə Neftçala rayonunda tədbir keçirilib

    SON XƏBƏRLƏR

    21 Sentyabr 2022 | 06:07

    Tədbir 20 sentyabr 2022-ci il tarixdə Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Yeni Azərbaycan Partiyasi Neftçala rayon Təşkilatı və “Neftechala Operating Company LTD” şirkətinin birgə təşkilatçılığı ilə “Neftechala Operating Company LTD”–nin Neftçala filialında baş tutmuşdur.   

    Tədbirə başlamazdan öncə, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü və müstəqilliyi uğrunda qəhrəmancasına həlak olmuş Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

    Sonra təbdirdə “Neftechala Operating Company LTD” şirkətinin Azərbaycandakı filial rəhbərinin müavini Ruslan Muxametzyanov, Yeni Azərbaycan Partiyası Neftçala rayon Təşkilatının sədri Ülvi Fərzəliyev, “Global Enerji Şirkətinin” vitse-prezidenti Vüqar Rəsulov, “Neftechala Operating Company LTD” şirkətinin Azərbaycandakı filialının Təhlükəsizlik üzrə menecer müavini Arif Bağırov, mədən müdiri Səbuhi Nağıyev çıxış edərək, ölkə iqtisadiyyatında neft sektorunun əhəmiyyətindən bəhs etmiş, bu gün neft sənayesində çalışan işçilərin sosial həyat şəraitinin gücləndirilməsi, onların iş şəraitinin yaxşılaşdırılması istiqamətində görülən müsbət yönümlü işlərə görə ölkə rəhbərliyinə və Neftçilər Günü münasibətilə keçirilən tədbirə görə Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirhəsən Seyidova öz dərin minnətdarlıq hisslərini çatdırdıblar. Çıxışçılar nitqlərində qeyd etmişlər ki, Ümummilli Lider Heydər Əliyevin imzaladığı 16 avqust 2001-ci il tarixli fərmanla hər il Neftçilər gününün qeyd olunması, Azərbaycanda neft sənayesində çalışanlara göstərilən diqqətin təzahürüdür.

    Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Mirhəsən Seyidov geniş nitq söyləyərək əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda möhtərəm Prezident  İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən enerji strategiyasının ölkəmizə qazandırdığı uğurlardan, “Əsrin müqaviləsi”nin imzalanmasından ötən müddət ərzində görülən işlərdən söz açmış, bu müqavilənin ölkəmizin sosial-iqtisadi həyatındakı əhəmiyyətindən danışmışdır. Həmçinin vaxtilə “Neftechala Operating Company LTD”–nin Neftçala filialında çalışmış Şəhid Gözəlov Murad Zabil oğlu kimi neft sənayesində işləmiş digər qəhrəman oğullarımızın 44 günlük Vətən Müharibəsi zamanı Vətən qarşısında öz mənəvi borclarını yüksək səviyyədə yerinə yetirmələrindən və göstərdikləri şücaətlərdən söz açmışdır.

    Çıxışlardan sonra Rayon İcra Hakimiyyətinin Başçısı cənab Mirhəsən Seyidov rayonun sosial iqtisadi həyatında göstərdikləri xidmətlərinə görə “Global Enerji Şirkətinin” vitse-prezidenti Vüqar Rəsulova və “Neftechala Operating Company LTD” şirkətinin Azərbaycandakı filial rəhbərinin müşaviri Kənan Bayramova təşəkkürnamə təqdim etmişdir. Eyni zamanda Yeni Azərbaycan Partiyasının  sıralarına qəbul edilmiş neftçilərə üzvlük vəsiqəsi və fəxri fərmanlar, eləcə də “Neftechala Operating Company LTD” şirkətinin Azərbaycandakı filial rəhbərliyi tərəfindən təltif olunmuş bir qrup qabaqcıl işçiyə fəxri fərmanlar təqdim edilmişdir.

    Tədbir iştirakçıları Vətən Müharibəsi zamanı qəhrəmancasına vuruşaraq Şəhidlik zirvəsinə ucalmış Gözəlov Murad Zabil oğlunun əziz xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət etmiş, abidə önünə gül dəstələri düzmüşlər.

    Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirmişlər.



    XƏBƏR LENTİ

    30 Sentyabr 2022
    29 Sentyabr 2022