2020-08-04 12:12

Azərbaycanda tanınmış ruhani uzun sürən xəstəlikdən sonra vəfat edib

Fəal ruhani və din xadimi seyid Mirhüseyn Həşimov 45 yaşında xərçəngdən vəfat edib.

Pressa xəbər verir ki, ölkədə dini maarifləndirmə sahəsində fəal rola malik olan ruhani Mirhüseyn Mirəyyub oğlu Həşimov uzun sürən xəstəlikdən sonra ötən gecə 45 yaşında vəfat edib.

Onun yaxınlarının məlumatına görə, mərhum bu gün Sumqayıtda torpağa tapşırılacaq.

Qeyd edək ki, dini-ilahiyyat təhsilini İranın Qum şəhərində alan ruhani seyid Mirhüseyn əslən qubalıdır. Ölkənin bir çox bölgələrində, xüsusilə də Bakı və Sumqayıtda dini maarfiləndirmə zəminində fəallığı ilə tanınıb. Bundan əlavə ictimai-siyasi və mətbuat sahəsində də dini maarifləndirmə işlərini aparıb.

SalamNews və İnterAz redaksiyası mərhumun vəfatına görə onun yaxınlarına başsağlığı verir və onlara səbr diləyir.

Allah rəhmət eləsin!
SON XƏBƏRLƏR


Yuxarı