2020-05-19 11:06

Zeynəb Xanlarovanın ölüm xəbərini yayan jurnalist axtarılır

"Zeynəb xanımın ölüm xəbəri yalandır. İnanırsınız, buna görə səhərə qədər yatmamışam”.

Pressa modern.az-a istinadən xəbər verir ki, bunu ölüm xəbəri yayılan xalq artisti Zeynəb Xanlarovanın durumu haqqında danışarkən onun qardaşı qızı, aktrisa Mehriban Xanlarova deyib. O qeyd edib ki, bu yalan xəbəri yayan jurnalisti axtarır:

"Bunu yayan adamın qanı göy qandır. Hər kəsə demişəm. Orxandır, kimdir, paylaşım edib. Onu tapsam, dişimlə didərəm. Qoy hələ bir tapım”.

M.Xanlarovanın sözlərinə görə, Zeynəb xanımın hazırda evində-eşiyindədir:

"Şükür Allaha! Bakıdadır, bu karantin dövründə harada olmalı idi ki?! Evində-eşiyindədir. Dediyim kimi, bu xəbəri yayanın da, paylaşanın da Allah özü cəzasını versin. Heç nə demirəm. Onsuz da Xanlarovaların düşməni çoxdur. Öz başlarında partlayacaq. Nəysə, boş verin. Çəkə bilmirlər. Zeynəb xanımın dünyasını dəyişdiyini yalandan yazıblar ki, sosial şəbəkələrdə paylaşsınlar, "gic-gic”, tərbiyəsiz insanlar da yazırlar”.

Aktrisa bildirib ki, Zeynəb Xanlarova açıqlama verməyi düşünmür:

"Zeynəb xanım niyə çıxıb açıqlama versin ki?! Allah nə qədər ömür veribsə, o qədər də sağlamdır, mənim bibim”.
SON XƏBƏRLƏR


Yuxarı