2021-04-29 08:07

Dünya tarixi daha bir beynəlxalq riyakarlıq nümunəsi ilə “zənginləşdi”

Sosial şəbəkələrin erməni seqmenti "toy-bayram” içindədir. Erməni lobbisinin təsiri altında olan ABŞ prezidenti Bayden "soyqırım” ifadəsini işlədib. Ermənilər neçə illik arzularına çatıblar. Bu "zavallı və əzabkeş” millətə axır ki, bir "yiyə duran” tapıldı. Türklərdən qisas almaq niyyətləri guya gerçəkləşməyə doğru gedir. Əslində isə Mövlud Çavuşoğlunun təbirincə desək, Bayden soyqırım ifadəsini işlədərsə,bundan böyük faciə düzəltmək lazım deyil: "Ona qalsa, bəzi Qərb ölkələrinin parlamenti "erməni soyqırımı”nı tanıyıb, bu, nəyi dəyişib ki?” Birinci Dünya Müharibəsi illərindəmillətçi erməni quldurlarının Osmanlının arxa cəbhəsində dövlətə qarşı təşkil etdikləri təhlükəli və xain qiyamın dövlət tərəfindən sakitləşdirilməsi və onların bir qisminin ölkənin ucqarlarına köşürülməsi hadisəsi baş vermişdi ki, bu prosesdə müəyyən səbəblərdən həlak olanlar olmuşdu. Rus zabiti Tverdoxlebovun xatirələrində 1915-ci ildə rus ordusunun kölgəsində gizlənən erməni quldurlarının Ərzurumda yerli türk əhaliyə qarşı törətdikləri cinayətləri oxuduqca adam dəhşətə gəlir. Erməni əsilli müasir ukraynalı tarixçisi Filip Ekozyans babasının danışdıqlarını yazıya alıb: "Rus qoşunlarının geri çəkilməsindən sonra kəndimizdəki 25 ailədən 10-12-si divan tutulacağından qorxub kəndi tərk etdilər. Türklər isə onları yemək və paltarla təmin edibsalamat getmələri üçün adamlar da qoşurdular. Təəssüf ki, kəndi tərk edənlərin çoxu-türklər də daxil olmaqla soyuqdan və aclıqdan, bəzi quldur dəstələrinin hücumlarından həlak oldular”. "Soyqırım” problemi araşdırmış Amerikalı tədqiqatçılar C.Makkarti və K.Makkarti arxiv sənədlərərini öyrəndikdən sonra yazırdılar: "Soyqırımı, həqiqətən olubmu? Osmanlıların hərəkətinə görə çətin inanmaq olar ki, soyqırımı barədə hər hansı bir əmr olsun. Bəs onda İstanbulda, İzmirdə yaşayan on minlərlə erməni əhalisi niyə soyqırımına məruz qalmayıb? Şərqi Anadoluda Türkiyə hökumətinin təşkil etdiyi heç bir soyqırımı olmayıb”. XX əsrin 80-ci illərində Reyqanın müşaviri olmuş Bryüs Feyn qeyd edirdi ki, prezident Reyqanın tapşırığına əsasən Avropa ölkələrinin hərbi arxivlərində və Osmanlı arxivlərində apardığımız araşdırmaların nəticəsi olaraq erməni genosidinin tamamilə əsassız olması qənaətinə gəldik. 1915-ci ildə ermənilərdən daha çox türklər öldürülmüşdür. ABŞ-da prezidentlərin erməni "soyqırımı”ndan şou düzəltmək ənənəsinin 40 illik tarixi var. 1978-ci ildə ilk dəfəCimmi Karter 1915-ci ildə Osmanlı Türkiyəsində baş vermiş hadisələrlə bağlı çıxış edib. 1993-2001-ci illərdə B. Klintonun prezidentliyidövründən isə bu, hər il aprelin 24-də təkrarlanan "ənənəyə” çevrilib.ABŞ-ın 42 ştatında "erməni soyqırımının” tanınması, Nümayəndələr palatasında ermənipərəst deputatlardan ibarət çoxluğun hər il haray- həşirlə "soyqırım” məsələsini gündəmə gətirməsi lobbitərəfindən onlarınsatın alınmasının göstəricisidir və Amerika demokratiyasının deformasiyaya uğramasının təzahürlərindən biridir. 

Belə olmasaydı Türkiyə prezidentinin məşhur "Bu məsələ siyasilərin yox, tarixçilərin işidir, arxivlərimizi açaq, tarixçilərə imkan yaradaq. Onda kimin kimə qarşı soyqırım törətməsi üzə çıxacaqdır” məntiqli çağırışına anlayışla yanaşardılar və məsələ də həll olub qurtarardı. Amma yox, qondarma soyqırımı siyasiləşdirib Türkiyəyə qarşı daimi təzyiq vasitəsi kimi istifadə etmək onlar üçün daha sərfəlidir. Belə olan halda elə Amerikanın (anqlo-saksonların) XVII-XVIII əsrlərdə İrokez, Delavar, Apaçi və nəsli yer üzündən silinmiş bəzi digər aborigenlərə qarşı törətmiş olduğu qırğınlar nədən soyqırım sayılmasın? Onların XX əsrin 60-cı illərində Koreyada, Vyetnamda, 2000-ci illərin əvvəllərində İraqda törətdikləri əsil soyqırım hadisələri idi-konkret bir xalqın məhv edilməsinə yönəlmiş və qabaqcadan planlı şəkildə təşkil olunmuş dövlət siyasəti idi.1945-ci ildə Yaponiyanın Hirosima və Naqasaki şəhərlərinə atdıqları atom bombaları bir neçə dəqiqəyə yüz minlərlə insanın məhvinə, sağ qalanların uzun müddətli dəhşətli əzablara dözərəkyaşamalarına səbəb olmuşdu. 

Bəşəriyyətə, insanlığa qarşı cinayətlər törətmiş bir ölkənin rəhbərlərinin Türkiyəni soyqırımda ittiham edib təzyiq altında saxlamaq cəhdlərinin heç bir nəticə verməyəcəyi aydındır. Bu ilk növbədə beynəlxalq hüquqda günahsızlıq prezumpsiyasının Türkiyəyə münasibətdə pozulması anlamına gəlir, yəni məhkəmənin qanuni qüvvəyə minmiş qərarının olmadığı halda Türkiyə dövləti açıq-aşkar konkret bir cinayətdə ittiham olunur. 

Bu da onun beynəlxalq məhkəməyə müraciət edərək təzminat tələb etməsinə, ondan üzr istənilməsinə nail olunmasına və s. obyektiv şərait yaratmış olur. Türkiyənin ABŞ-ın bu davranışlarının ardınca bəzi region ölkələri ilə münasibətlərində müəyyən dəyişikliklər edəcəyini, daha qətiyyətli və müstəqil xarici siyasət yürüdəcəyini (o cümlədən İncirlik hərbi bazası ilə bağlı) gözləmək olar. Ermənilərin və ermənipərəstlərin əlində oyuncağa, girovaçevrilmiş ABŞ dövləti və onun prezidenti Baydenin davranışları isə siyasi riyakarlıq nümunəsi kimi onların nüfuzuna öz əlləri ilə vurulmuş bir zərbədir.


Firdovsi Tağıyev

Neftçala rayon ziyalısı, müəllim

SON XƏBƏRLƏR


Yuxarı