2021-04-15 10:16

Bu gündən mənzillərin istilik təchizatı dayandırılır

"Bu il payız-qış mövsümündə 3 800 yaşayış binası, 180 mindən artıq mənzil istiliklə təmin olunub”.

Bunu Pressa-ya açıqlamasında "Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev bildirib.

Onun sözlərinə görə, layihə üzrə "Azəristiliktəchizat” ASC-nin mənbələrindən istiliklə təmin olunması nəzərdə tutulan 287 orta məktəb, 162 uşaq bağçası, 160 səhiyyə müəssisəsi, 1 800-ə yaxın digər sosial və təsərrüfat obyektləri istiliklə təmin olunurdu”.

O qeyd edib ki, qərar isti su ilə təmin edilən abunəçilərə aid deyil.
SON XƏBƏRLƏR


Yuxarı