2021-04-12 16:28

Onlar Ginnesin rekordunu yazacaqlar

2021-ci il 14-29 may tarixlərində onlayn formada keçiriləcək "Dostluq üçün futbol” Beynəlxalq uşaq sosial proqramının 9-cu mövsümü başlayır.

Tarixdə ilk dəfə olaraq "Dostluq üçün futbol” səfirlərinin forumu keçiriləcək. Forumda dünyanın müxtəlif ölkələrindən olan futbol akademiyalarının nümayəndələri və jurnalistlər UEFA Çempionlar Liqasının finalı ərəfəsində İstanbulda toplaşaraq uşaq futbolunun inkişafını müzakirə edəcəklər.
Bu il "Dostluq üçün futbol” yenidən 211 ölkədən və bölgədən olan gənc iştirakçıları - qız və oğlanları onlayn formada birləşdirəcək. 12-14 yaşlı gənc futbolçular "Dostluq üçün futbol” 2021 onlayn Dünya çempionatında iştirak etmək üçün 32 Dostluq komandasında birləşəcəklər. Çempionat MS Windows, Apple MacOS, Android, iOS platformalarında 27 dildə pulsuz olaraq təqdim olunan F4F World futbol simulyatoru əsasında keçiriləcək. Gənc jurnalistlər Beynəlxalq Uşaq Mətbuat Mərkəzi çərçivəsində proqramdakı tədbirləri işıqlandıracaq və yaşıdlarına proqramın əsas dəyərləri: dostluq, bərabərlik, ədalət, sağlamlıq, sülh, sədaqət, qələbə, ənənə və şərəf barədə danışacaqlar. "Futbol üçün dostluq” 2021 final tədbirləri çərçivəsində, proqram üçün üçüncü Ginnesin Dünya Rekordunu™ müəyyənləşdirmək üçün rəsmi bir cəhd də olacaq. "Futbol üçün dostluq” artıq ən çoxmillətli futbol məşqi və dünyanın ən kütləvi onlayn futbol tədbiri keçirməklə iki Ginnesin Dünya Rekordunu müəyyən edib.

Mayın 29-da müxtəlif ölkələrdən olan futbol mütəxəssisləri və jurnalistlər, UEFA Çempionlar Liqasının finalı zamanı İstanbulda keçiriləcək "Futbol üçün dostluq” səfirlərinin Forumunda bir araya gələcəklər. Futbol ictimaiyyətinin nümayəndələri uşaq idmanının inkişafını müzakirə edəcək və təcrübələrini bölüşəcəklər. Mövcud olduğu illər ərzində "Dostluq üçün futbol” proqramı dünya futbolunun və uşaq idmanının aktual məsələlərinin müzakirə olunduğu mühüm beynəlxalq platformaya çevrilib.
"Dostluq üçün futbol” 2013-cü ildən bəri "Qazprom” ASC tərəfindən həyata keçirilən beynəlxalq uşaq sosial proqramıdır. Səkkiz mövsüm ərzində "Dostluq üçün futbol” 211 ölkədən və bölgədən 15.000-dən çox iştirakçını bir araya gətirib. Proqramın idman, təhsil və ətraf mühit tədbirlərində dünyadan 6 milyondan çox insan iştirak edib. "Dostluq üçün futbol” UEFA, FIFA, futbol federasiyaları və dünyanın aparıcı futbol klubları, beynəlxalq xeyriyyə fondları, məşhur idmançılar, siyasətçilər və incəsənət xadimləri tərəfindən dəstəklənir. Layihə sosial məsuliyyət, idman və rabitə sahələrində 50-dən çox beynəlxalq və milli mükafata layiq görülüb.

"Las super poderosas” Qızlar Futbol Akademiyasının həmtəsisçisi, "Dostluq üçün futbol” Beynəlxalq Mükafatının ilk qalibi olan boliviyalı Karmen Poso: "Dostluq üçün futbol” proqramı futbol mütəxəssislərinə bir dialoq platforması təqdim edir. İndi bu xüsusilə vacibdir, çünki uşaq və gənclər idmanının inkişafı ilə bağlı getdikcə daha çox yeni-yeni suallarla qarşılaşırıq. "Dostluq üçün futbol” Forumu çərçivəsində aparılan təcrübə və layihələr mübadiləsi bu məsələlərin həllində futbol akademiyaları və təşkilatlarına kömək edir”.

O'Dey Futbol Akademiyasının direktoru, İrlandiyadan olan Robin O'Dey: "Dostluq üçün futbol” dünyanın hər yerindən olan uşaqlara maneəsiz mədəniyyətlərarası bir mühitə daxil olmaq, qarşı tərəfdəki həmyaşıdları ilə dostluq etmək imkanı verən misilsiz bir proqramdır. Onlara ümumbəşəri dəyərləri aşılamaqla yanaşı eşidilmələrinə imkan verir. Bunlar gələcək dünya liderlərinin yetişdirilməsində vacib elementlərdir”.
SON XƏBƏRLƏR


Yuxarı