2021-04-10 12:40

“Rolls-Royce” satış rekorduna imza atıb

"Rolls-Royce Motor Cars” 2021-ci ilin birinci rübündə 116 illik tarixinin ən yüksək satış miqdarına nail olub. 

Hazırda "BMW”-yə məxsus olan "Rolls-Royce” şirkəti hesabat dövründə 1 380 avtomobil satıb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 62 faiz çoxdur. Əvvəlki rekord isə 2019-cu ildə əldə edilmişdi. Ən çox satılan qiyməti 335 min ABŞ dollarından başlayan, amma adətən 400 min dollardan baha satılan "Cullinan” tam ölçülü SUV modeli olduğu bildirilir. 

Həmçinin 332 min dollardan başlayan "Ghost” modelinə də maraq yüksəkdir. Rekord satışların səbəbi kimi pandemiya dövründə bazarlardakı artım nəticəsində varidatları daha da artmış zənginlərin pul xərcləməyə meylli olmaları göstərilir. Belə ki, "Rolls-Royce” ilin ikinci yarısında da sifarişlərdə artım gözlədiklərini açıqlayıb. Həmçinin "Bentley”, "Lamborhini” kimi başqa luxury avtomobil istehsalçıları da son vaxtlar satışlarını artırıb.
SON XƏBƏRLƏR


Yuxarı