2021-04-09 12:56

Gün ərzində neçə jurnalistin vaksinasiya olunacağı AÇIQLANDI - RƏSMİ

Bu gündən etibarən Azərbaycanda jurnalistlərin vaksinasiyasına başlanılıb.

Pressa-nın məlumatına görə, TƏBİB-in mətbuat xidmətinin rəhbəri Elnarə Baxış jurnalistlərin vaksinasiyası barədə məlumat verib.

O bildirib ki, gün ərzində 50 jurnalistin vaksinasiya prosesinə cəlb olunması nəzərdə tutulur:

"Aprelin 2-dən vaksinasiya prosesinin səyyar formada həyata keçirilməsinə başlanılıb. Mətbuat Şurasının binasında da səyyar formada vaksinasiya həyata keçirilir. 18 yaşdan yuxarı mətbuat nümayəndələri könüllü şəkildə müraciət edərək vaksinasiya prosesində iştirak edə bilərlər”.
SON XƏBƏRLƏR


Yuxarı