2021-04-09 12:53

Əmək Məcəlləsinə dəyişiklik layihəsi hazırlanıb

Dövlət Əmək Müfəttişliyi Xidmətində aparılan təhlillər nəticəsində Azərbaycanda "orta aylıq əmək haqqı” anlayışının "aylıq orta əmək haqqı” sözləri ilə əvəz olunması istiqamətində Əmək Məcəlləsinə dəyişiklik təklif edilib.

Pressa xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov "Növbətçi Müfəttiş”də çıxışı zamanı deyib.

O bildirib ki, hazırlanan layihə hazırda razılaşdırma mərhələsindədir:

"Aylıq orta əmək haqqı orta əmək haqqının bir hissəsi kimidir. Çünki Əmək Məcəlləsinin 179-cu maddəsində orta əmək haqqının saxlanılması nəzərdə tutulan hallar var. Bu, təkcə aylıq deyil, müəyyən dövr üçün – 3 günlük, beş günlük də ola bilər. Ona görə həmin dövr üzrə orta əmək haqqı hesablanır. Məhz bu məqsədlə sözügedən anlayışlara aydınlıq gətirilməsi üçün layihə hazırlamışıq”.
SON XƏBƏRLƏR


Yuxarı