2021-04-08 12:53

Koronavirusa yoluxan Aytən Səfərova xəstəxanaya yerləşdirilib

Teleaparıcı Aytən Səfərova xəstəxanaya yerləşdirilib.

"Qafqazinfo” xəbər verir ki, bir müddət əvvəl koronavirusa yoluxan aparıcı müalicəsini "Yeni klinika” tibb müəssisəsində davam etdirir.

Hərarəti 39 dərəcəyə qədər yüksələn aparıcının səhhətində irəliləyiş olmadığı üçün aprelin 5-də klinikaya yerləşdirilib.

Qeyd edək ki, A.Səfərova bir müddət əvvəl "Instaqram” hesabında paylaşım edərək koronavirusun müalicəsi üçün dərmanların baha olmasından şikayətlənmişdi.
SON XƏBƏRLƏR


Yuxarı