2021-02-19 10:10

Braziliyada VAR xarab olub, ofsayddan vurulan qol sayılıb

Braziliya futbolunda VAR sistemi ilə bağlı qalmaqal yaşanıb.

Apasport.az saytının məlumatına görə, hadisə "Vasko Da Qama” - "İnternasional” oyununda baş verib.

Qarşılaşmanın 10-cu dəqiqəsində qonaqların cərimə zərbəsi zamanı Rodriqo Duradonun başla zərbəsi qolla yekunlaşıb. Həmin anda VAR sistemi xarab olduğu üçün epizodun təkrarına baxmaq mümkün olmayıb. Nəticədə oyundankənar vəziyyətdən vurulan top qol sayılıb.

A seriyasında qalmaq uğrunda mübarizə aparan "Vasko Da Qama” 0:2 hesablı məğlubiyyətdən sonra yerli futbol federasiyasına görüşün yenidən keçirilməsi üçün müraciət edib.
SON XƏBƏRLƏR


Yuxarı