2021-02-18 14:21

İlahə Qədimovaya FİDE-də yeni vəzifə verilib

FİDE-də iki yeni təyinat rəsmiləşib.

Pressa-nın apasport.az saytının məlumatına görə, Azərbaycanın sabiq şahmatçısı İlahə Qədimova qurumda yeni vəzifə alıb.

Həmyerlimiz Yarışlar Komissiyasının katibi təyin edilib. 1992 və 1993-cü illərdə 18 yaşadək qızlar arasında dünya çempionu olan Qədimova 1994-cü ildə qadınlar arasında beynəlxalq qrossmeyster adı alıb.

2008-ci ildə aktiv şahmat karyerasını başa vuran Gəncə şahmat məktəbinin yetirməsi son illərdə FİDE-nin Qadın Şahmatı Komissiyasında katib kimi çalışıb. 46 yaşlı funksioner yeni təyinatla digər komissiyaya keçirilib.

Onunla yanaşı, daha bir təyinat gerçəkləşib. Kristel Yaqer Hafsted Qadın Şahmatı Komissiyasında Qədimovanı əvəzləyib.
SON XƏBƏRLƏR


Yuxarı