2021-02-12 16:42

Daha bir mətbuat katibi vəzifəsindən ayrılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova işdən çıxıb.

Pressa xəbər verir ki, o, bu barədə sosial şəbəkə üzərindən məlumat paylaşıb:

"Əziz dostlarım, həmkarlarım!

Bu gündən artıq illərdir çalışdığım iş yerimdən ayrılmaq qərarı aldım və rica edirəm heç kəs səbəb axtarmasın, çünki bu dünyada insan həyatı belə əbədi deyil. Keçmişə hörmət, gələcəyə inamla davam etməliyik hər bir yolun sonunda. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və kollektivi bundan sonra da mənim üçün doğma olacaq!", - deyə sözçü qeyd edib.


SON XƏBƏRLƏR


Yuxarı