Bundesliqa klubunda yeni baş məşqçi

Almaniyanın "Maynts” klubunun yeni baş məşqçisi məlum olub.
Pressa-nın qol.az istinadən məlumatına görə, komandanı Bo Svensson çalışdaracaq. 41 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Danimarkalı məşqçi 2015-2019-cu illərdə də "Maynts”da işləyib. O, hazırkı vəzifəsində Yan-Morits Lixteni əvəzləyib.
Qeyd edək ki, "Maynts” Bundesliqada 66 xalla 18 komanda arasında 17-ci sıradadır.