2020-11-27 12:29

"Sumqayıt" - "Qəbələ" oyunu koronavirus səbəbindən təxirə salınıb

Azərbaycan Premyer Liqasında daha bir oyun təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, XI turun sabah keçirilməli olan "Sumqayıt” – "Qəbələ” oyunu baş tutmayacaq. 

Buna səbəb koronavirusa yoluxan bəzi futbolçuların yenidən testdən keçməsidir. Qeyri-müəyyən müddətə təxirə salınan oyunun tarixi ilə bağlı qərarı Peşəkar Futbol Liqası tərəfindən veriləcək.
SON XƏBƏRLƏR


Yuxarı