2020-11-27 10:54

Laçından köçmək istəyən ermənilərə dövlətləri kömək etmir

Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin noyabrın 10-da imzaladıqları üçtərəfli Bəyanata əsasən, Laçın rayonu 1 dekabrdan Azərbaycana təhvil verilməlidir.

Bununla əlaqədar, Laçın rayonundan çıxıb Ermənistana getmək istəyən ermənilər nəqliyyat vasitəsi tapmırlar.

Sosial şəbəkələrin erməni seqmentində qeyd olunur ki, noyabrın 30-na qədər Laçından çıxmalı olan ermənilərə əşyalarını daşımaq üçün yük maşınları lazımdır, dövlət isə onlara lazmi köməyi göstərmir. Bu məqsədlə imkanı olanlardan həmin şəxslərə yük maşınları göndərərək kömək edilməsi xahiş edilib.

Bütün bunlar bir daha sübut edir ki, Ermənistanda vətəndaşlarına kömək etmək iqtidarında olan bir hakimiyyət yoxdur.
SON XƏBƏRLƏR


Yuxarı