2020-11-20 12:35

Beynəlxalq Valyuta Fondu: Qlobal iqtisadiyyatın bərpası yavaşlaya bilər, risklər yüksəkdir

Qlobal iqtisadiyyatın bərpa prosesi yavaşlaya bilər, risklər isə çox yüksəkdir.

Pressa xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondu məlumat yayıb.

Bildirilir ki, qlobal iqtisadi aktivlik iyun ayından bəri artır, lakin bərpa prosesinin yavaşlaya biləcəyi əlamətləri var. İqtisadi böhranın dərin və bənzərsiz izlər buraxması ehtimalı var. Qeyri-müəyyənlik və risklər isə qeyri-adi dərəcədə yüksəkdir.

IMF hökumətləri və mərkəzi bankları dəstək paketlərini vaxtından əvvəl dayandırmamağa çağırıb.

SON XƏBƏRLƏR


Yuxarı