2020-10-14 09:39

Köpək balığı dənizdə üzən turistə hücum etdi

ABŞ-ın Florida ştatının Mayami-Biç şəhərində köpək balığı dənizdə üzən şəxsə hücum edib. 

Bununla bağlı "Fox 35” məlumat və görüntülər paylaşıb. 

Mark Bodden adlı Kaliforniyadan olan turist dənizdə üzərkən köpək balığı onu ayağından dişləyib. 

Hadisədən sonra o, xəstəxanaya çatdırılıb. Onun sözlərinə görə, köpək balığı onun ayağında 20 santimetrlik dərin yara buraxıb. 

SON XƏBƏRLƏR


Yuxarı