2021-02-26 14:17

"Liverpul"un futbolçusu əməliyyat olunub

"Liverpul"un Cordan Henderson əməliyyat olunub.

Pressa xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

30 yaşlı yarımmüdafiəçinin ən az aprel ayınadək yaşıl meydanlardan kənarda qalacağı bildirilib.

Qeyd edək ki, Henderson "Everton"la matçda (0:2)  zədələnmişdi.
SON XƏBƏRLƏR


Yuxarı