2021-02-18 12:01

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi vəzifəsindən ayrılıb

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Pərvin Məmmədova vəzifəsindən ayrılıb.

O, Pressa-ya açıqlamasında bildirib ki, bundan sonra fəaliyyətini Odlar Yurdu Universitetinin "İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsi”nin müdiri kimi davam etdirəcək. 

Qeyd edək ki, Pərvin Məmmədova 2018-ci ildən Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi vəzifəsində çalışırdı.
SON XƏBƏRLƏR


Yuxarı