2021-02-13 11:18

"Beşiktaş"ın müdafiəçisi 1 ay oynamayacaq

Superliqada çempionluğa oynayan "Beşiktaş” ciddi itki ilə üzləşib.
 
Pressa xəbər verir ki, "qartallar"ın mərkəz müdafiəçisi Fransisko Montero sıradan çıxıb.
 
Bu barədə sözügedən Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb. İspan futbolçunun Türkiyə kuboku çərçivəsində keçirilmiş "Konyaspor”la görüşdə sol dizindən zədələndiyi bildirilir.
 
Montero azı bir ay yaşıl meydanlardan kənarda qalacaq. O, "Gənclərbirliyi”, "Dənizlispor”, "Yeni Malatyaspor” və "Qaziantep”lə  Superliqa matçlarında forma geyinə bilməyəcək.


SON XƏBƏRLƏR


Yuxarı