2021-02-13 11:15

Şuşada iki ev yanıb

Şuşada iki ev yanıb.

Fövqəladə Hallar Nazirliyinindən verilən məlumata görə, Şuşa şəhərində ümumi sahəsi 250 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 100 m² olan talvarın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.  

Bundan başqa, Şuşa şəhərində ümumi sahəsi 50 m² olan ikimərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 4 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
SON XƏBƏRLƏR


Yuxarı